Aggelos Anastasiadis
TELEFON:+994 (012) 32-10-00
EMAIL:info@spinalneurorehab.com
Ünvan: KurskLift zolağı 4
Cümə-Cümə: 8.00-21.00Sat-Sun: 9.00-20.00

Mərkəzi sinir sisteminin zədələnməsi


Mərkəzi sinir sisteminin zədələnməsi ,hərəkət -əzələ sisteminin disfuksiyası ,hərəkət
koordinasiyasının və danışıq qabiliyətinin pozulması ,intelektual inkişafın ləngiməsi kimi xəstəlik
toplusuna uşaq serebral iflici deyilir .Uşaq serebral iflici irsi xəstəlik deyildir ,lakin qohum evlilikləri
zamanı genetik meylilik mümkündür.Xəstəliyin əsas səbəbi ,doguşdan əvvəl və ya sonra oksigen
çatışmazlıgı (hipoksiya ,asfiksiya ) və ya travma (xəsarət ,qansızma və s. ) və infeksiya nəticəsində
uşagın beyin hüceyrələrinin zədələnməsidir.USİ-nin simptomları dogumdan həmən sonra və ya
əmizdirmə dönəmində tədricən ortaya çıxır.Bir yaşdan böyük uşaq oturmursa ,yerimirsə, həmçinin
müxtəlif psixi kənaraçıxmalar göstərirsə ,USİ diaqnozu qoyulur.Bətndaxili inkişaf və ya dogum
zamanı hipoksiya -beynin oksigen çatışmazlıgı ,USİ -nin inkişafını oyadan əsas faktorlardan hesab
olunur.Plasentanın uşaqlıqdan ayrılması ,erkən və gec dogumlar , dölün bətində düzgün
yerləşməməsi və göbək bagında qan dövranının pozulması zamanı hipoksiya əmələ gələ
bilər.


Hamiləlikdə məxmərək və başqa virus xəstəliklərinin keçirilməsi ,ananın və uşagın qan uygunsuzlugu , doguşda çəkinin az olması ,yarımçıq və erkən doguş ,hipoksiyanın əmələ gəlməsində risk faktorlarındandır.Bu faktorlar ,anadangəlmə USİ nin yaranmasına səbəb olurlar.Serebral iflicin az yayılmış forması sonradan qazanılmış iflicdir.Bu , uşagın ilk iki ilində keçirilmiş kəllə beyin travmalarının nəticəsində ortaya çıxır.USİ-nin əsas simptomları -hərəkət aktivliyinin pozulması ,spastiklik,ataksiya,ətrafların titrəyişidir.Təəsüflər olsun ki, USİ -nin tamamı ilə müalicə etmək mümkün deyildir,lakin xəstəliyin axınının nəzərə şarpacaq dərəcədə rahatlatmaq və xəstənin vəziyyətini yaxşılaşdıraraq normal vəziyyətə yaxınlaşdırmaq olar.USİ artıq çarəsizlik demək deyildir.Bizim yeni texnologiyamız və bu xəstəliyi olan uşaqların kompleks metodla reabilitasiyası ,onların cüzi defektlə böyüməsinə və iş həyatında müvəffəqiyyətdə nail olmalarına ,ailə və uşaq nsahibi olmalarına imkan verir.Lakin bütün bunlara nail olmaq üçün ,ilk olaraq xəstəliyi zamanında
ortaya çıxartmaq lazımdır.Həmçinin pasienti cəmiyyətə qazandırmaq üçün ,kompleks müalicə ilə ciddi məşqul olmaq lazımdır.İnkişaf etməmiş funksiyaların və ya pataloji funksiyaların bərpası və korreksiyasına istiqamətləndirilmiş çox sayıda müalicə metodları vardır.Bununla belə ,şəxsi müalicə metodları hazırlayan bəzi mütəxəssislər ,öz metodlarının orijinallıgının reklamı ilə daha çox məşqul olduqlarından ,özünü yaxşı anlamda sübut etmiş ənənəvi müalicə metodlarınında daxil oldugu kompleks yanaşmanın vacibliyini unudurlar.
ÜMİD; reabilitasiya mərkəzində Hovard Universitetinin (Vaşinqton ş.) professor Anastasiadis Aqqelosun rəhbərliyi altında USİ olan uşaqların intensiv reabilitasiyası proqramı hazırlanmışdır. Proqramın əsasında ,hərəkət aktivliyinin patalogiyasının korreksiyası haqqında Vintenzon A.S.doktrinası və MSS-nə metamor medikamentoz təsiri haqqında Skvorsov İ.A. doktrinası dayanır.